XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 03:51

Şimali Koreya rahat durmur –Bu dəfə gəmi əleyhinə ballistik raketlərin sınağını keçirdi

Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya müdafiə nazirliyindən bildirilib.

Məlumata əsasən, Şimali Koreya Yapon dənizinə doğru üç ballistik raket buraxıb. Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, bu dəfə Şimali Koreya hərbçiləri gəmi əleyhinə raketləri sınaqdan keçirib.

Raketlər ölkənin şərqindəki Vonsan şəhərindən buraxılıb.