Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb.
İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.
Qeyd edək ki, bundan öncə 13 nəfərin öldüyü, 40-dan çox adamın yaralandığı haqda məlumat yayılıb.
Xatırladaq ki, ötən gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyni türbəsinə silahlı hücum olub.
APA