XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 15:56

Zaxarovadan Rakka əməliyyatına reaksiya:"Məsuliyyətsiz hərbi taktikadır"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyaya hava hücumlarını diqqətli şəkildə planlamaq barədə çağırış edib.

Axar.az xəbər verir ki, İŞİD-in işğal etdiyi Rakka və ətrafındakı ərazilərdə son bir ay ərzində təxminən 200 suriyalının həyatını itirdiyinə diqqət çəkən Zaxarova bunu “məsuliyyətsiz hərbi taktika” adlandırıb.

Qeyd edək ki, Suriya və İraqda koalisiyanın son hücumları nəticəsində azı 20 mülki vətəndaş həyatını itirmişdi.