XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

05 Aprel 2015 - 07:24

İranlı qadınlara stadionlarda futbol izləməyə icazə verildi

İranlı qadınlara stadionlarda futbol izləməyə icazə verildi

İranın idman nazirinin müavini Əbdülhəmid Əhmədi qadınların idman müsabiqələrində tamaşaçı kimi iştirak etməsinə olan qadağanın qismən aradan qalxdığını bildirib.

Musavat.com-un məlumatına görə, Ə.Əhmədi İran Təhlükəsizlik Şurasının bu barədə qərar qabul etdiyini qeyd edib.
İdman nazirinin müavini həmçinin bildirib ki, bu qərar qadınların matçların oynandığı bütün stadionlara gəlməsi üçün keçərli deyil.
Qeyd edək ki, iyun ayında İranda bir stationun qarşısında qadınlara qoyulan idman qadağalarına görə aksiya təşkil olunmuşdu.
Aksiyada iştirak edən İngiltərə və İran vətəndaşı Gonçen Gavami həbs edilmişdi. Gavami bir neçə gün əvvəl əfv olunaraq, azadlığa buraxılıb.