XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 İyun 2017 - 20:36

Myanmada təyyarə qəzası qurbanlarından 39-nun cəsədi tapılıb –Axtarış davam edir

Myanmada hərbçilər və balıqçılar hərbi-nəqliyyat təyyarəsının qəzaya uğraması nəticəsində həlak olan 39 nəfərin cəsədini aşkar ediblər. Qəza qurbanları arasında 12 azyaşlı uşağın olduğu bildirilir.

“The Wall Street Journal” qəzeti xəbər verir ki,axtarış-xilasetmə əməliyyatlarında Hərbi Dəniz Qüvvələrinin 9 gəmisi, 5 hərbi təyyarə və 3 helikopter iştirak edir. Axtarışlara, həmçinin yerli balıqçılar da qoşulub.

Xatırladaq ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan Y-8 tipli dörd mühərrikli hərbi-nəqliyyat təyyarəsi dünən yerli vaxtla günorta saatlarında Andaman dənizi üzərindən keçən zaman radarlardan itib. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları aşkarlanıb.

Təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 35 hərbçi və 73 nəfər mülki şəxs olub. Həmçinin təyyarə 2,4 ton yük daşıyırmış.

Myanma hərbçilərinin məlumatına görə, təyyarə 2016-cı ildə Çin Xalq Respublikasından alınmışdı. Qəza baş verən gün meteoroloji vəziyyət mürəkkəb deyildi: xəfif yağış yağsa da, görmə məsafəsi yetərli idi.

Qazanın başvermə səbəbləri hələlik məlum deyil/Azərtac.