XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 11:07

Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir

 

İranın Kirmanşah şəhərində Tehranda baş vermiş terrorda rolu olmuş iki nəfər saxlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Kirmanşah polisi elan edib ki, Ravansər bölgəsində 2 nəfər saxlanılıb. Bundan başqa, Kirmanşahın Səlas Babacani şəhərində sahibsiz “Peugeot” markalı avtomobildə 92 ədəd tapança tapılıb.

Qeyd edək ki, iyunun 7-də Tehranda baş vermiş terror hadisələri nəticəsində 17 nəfər ölüb, 52 nəfər yaralanıb.

Hazırda Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir. Vida mərasimi parlament binasında təşkil olunub. Mərasimdə dövlət rəsmiləri və xarici diplomatlar iştirak edir.