XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

09 İyun 2017 - 11:21

Britaniyanın baş naziri Tereza Mey istefa vermək niyyətində deyil

Sədrlik etdiyi hakim Mühafizəkarlar Partiyası növbədənkənar seçkilərin yekunu üzrə parlament çoxluğunu itirsə də, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa vermək niyyətində deyil.

Trend-in məlumatına görə, iyunun 8-də keçirilmiş seçkilərin yekunu üzrə Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olunub. Belə ki, hakim partiya İcmalar Palatasında 315 yer, leyboristlər isə 261 mandat əldə edib.

Britaniya parlamentinin İcmalar Palatasında cəmi 650 yer var. Parlament əksəriyyəti üçün partiyaya 326 mandat qazanmaq lazımdır. Bundan əvvəl mühafizəkarlar 330 yerə sahib idi.