XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 11:27

Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə xəbərdarlıq etdi

Birləşmiş Ərəb Əmirlikləri Qətərin Türkiyə və İrandan yardım istəməsinin böhranda "yeni bir fəsil" açılmasına səbəb ola biləcəyini deyib.

"Marja" xəbər verir ki, bu barədə Reuters xəbər yayıb.  Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Yəmən "terrorizmə dəstək verməklə günahlandırdıqları" Qətər ilə diplomatik əlaqələrini kəsdiyini bildirmişdi.

 Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə ölkələrinin hava məkanını Qətərə bağlayaraq Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi.

 Qətərə qarşı aparılan diplomatik mühasirəyə Maldiv Adaları və beynəlxalq tlegitimliyi olmayan üsyançı general Xəlifə Hafter dəstəkçisi Liviya Tobruk hökuməti ilə Mavritaniya da qoşulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik böhranın həll edilməsi üçün hərəkətə keçib. Türkiyə parlamenti Türkiyə əsgərlərinin Qətərdə yerləşdirilməsinə dair  qanunu qəbul edilmiş və Ərdoğan tərəfindən imzalanmışdı.