XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2015 - 07:42

Oteli ələ keçirən terrorçular öldürüldü – Prezidentdən açıqlama

Malinin paytaxtı Bamakoda terrorçuların «Radisson Blu» otelinə basqını 19 nəfərin həyatına son qoyub, 7 nəfər də yaralanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İbrahim Bubakar Keyta açıqlama verib.Prezidentin sözlərinə görə, terrorçular xüsusi əməliyyat zamanı məhv edilib.

Xatırladaq ki, «Əl-Qaidə»nin nəzarətində olan yerli «Əl-Murabitun» terror təşkilatının üzvləri dünən oteldəki 170 nəfəri girov götürmüşdülər. Onlardan 30-u otelin əməkdaşları, qalanları qonaqlar idi.

Mali polisi Fransadan gələn xüsusi təyinatlıların dəstəyi ilə əməliyyat keçirərək girovları azad edib, terrorçuları zərərsizləşdirib.