XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 İyun 2017 - 16:47

İran Təhlükəsizlik Nazirliyi:Kirmanşah, Kürdüstan,  Qərbi Azərbaycan və Tehranda 41 İŞİD-çi həbs olunub

İran Təhlükəsizlik Nazirliyi İŞİD qruplaşmasının üzvlərindən 41 nəfərin həbs olunduğunu açıqlayıb.

 APA-nın Tehran bürosunun məlumatına görə, nazirliyin açıqlamasında bildirilir ki, aparılan çətin əməliyyatlar nəticəsində Kirmanşah, Kürdüstan,  Qərbi Azərbaycan və Tehran əyalətlərində 41 nəfər yaxalanıb. Terrorçulardan müxtəlif sənədlər, silah və sursat aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı onlara hər hansı əks-hücum imkanı verilməyib.

 Təhlükəsizlik Nazirliyi dövlət orqanlarına lazımi məlumatlar çatdıran vətəndaşlara təşəkkür edib.