XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2017 - 19:22

Türkiyədə əsgərləri daşıyan avtobus aşıb:47 yaralı

Türkiyənin şimalında əsgərləri Tokat şəhərindən Samsunun hava limanına aparan avtobus qəzaya uğrayıb.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, insident Ankara-Samsun avtomobil yolunda qeydə alınıb. Avtobusun Kavak qəsəbəsi yaxınlığında yol kənarındakı baryerlərə çırpılaraq aşdığı bildirilir.

Hazırda qəzanın baş verdiyi əraziyə çox sayda təcili tibbi yardım maşınları və xilasetmə dəstələri cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.