Ukrayna Prezidenti Petro Poroşenko hesab edir ki, ölkəsinin NATO-ya üzvlük üçün Alyansa vaxtından əvvəl müraciət etmək şansı böyükdür.
Azərtac-ın məlumatına görə, bu barədə Poroşenko Xarkovda Litva Prezidenti Dalya Qribauskayte ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Qeyd etməliyəm ki, NATO-ya üzvlüyə müraciət etmək üçün qarşıda görüləcək işimiz çoxdur”-,deyə Poroşenko qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, NATO-ya üzvlük meyarı Avropa Birliyinə üzlük meyarı ilə üst-üstə düşür. Ona görə də Avropa Birliyinə üzv olmaq üçün Ukraynanın qanunvericiliyinə edilən əlavə və dəyişikliklər NATO üçün də məqbuldur.