XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 10:57

Mark Zükerberq «Facebook»dakı postunu təhvil verir

“Facebook”un qurucusu Mark Zükerberq iki ay müddətinə işindən uzaqlaşır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Mark və Pristsilla cütlüyünün bu yaxınlarda dünyaya gələcək övladıdır.

Mark şirkətdəki postunu böyük ehtimalla, əməliyyatlar üzrə direktor Şeril Sendberqə təhvil verəcək.

“Mən dünyaya gələcək övladımıza görə iki aylıq məzuniyyət götürürəm. Araşdırmalar göstərir ki, körpə dünyaya gələndən sonra valideynlərin məzuniyyət götürməsi bütövlükdə ailəyə müsbət təsir edir. Hazırda xanımımla birlikdə sevimli oyuncaqlarımızı və kitablarımızı toplayırıq» – deyə, Zükerberq bildirib.