XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2017 - 20:36

Britaniya:parlament seçkilərində 25 ilin ən yüksək iştirak səviyyəsi qeydə alınıb

Böyük Britaniyada keçirilən parlament seçkilərində 25 ilin ən yüksək iştirak səviyyəsi qeydə alınıb – səsvermədə 32 milyondan çox seçici iştirak edib.

Azərtac “Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, yalnız 1992-ci ildə keçirilən seçkilərdə iştirak səviyyəsi bundan yüksək olub – 33,6 milyon nəfər. Cari seçkinin nəticəsinə əsasən, britaniyalıların 68,7 faizi səsvermədə iştirak edib. Bu, 2015-ci ildə keçirilən ümumi seçkilərdən 2 faiz çoxdur.

Qeyd edək ki, Böyük Britaniyada parlament seçkiləri “Brexit” üzrə danışıqlar astanasında siyasi Londonu birləşdirmək istəyən Baş nazir Tereza Meyin təşəbbüsü ilə keçirilib.

Hazırda 650 dairədən 649-da bülletenlərin hesablanması başa çatıb. Seçkinin nəticəsinə görə hələlik mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli Partiyası – 35, digər partiyalar 23 mandat qazanıb. Beləliklə, partiyaların heç biri müstəqil şəkildə kabineti formalaşdırmaq üçün lazım olan səsləri toplaya bilməyib.