XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 01:20

“Əvvəlki əsas nazirlər yeni hökumətin tərkibində yer alacaq”Tereza Meydən qərar

Böyük Britaniyanın Baş naziri Tereza Meyin əvvəlki kabinetinin əsas nazirləri yeni hökumətin tərkibində yer alacaq.

Bunu Nazirlər Kabinetinin dəftərxanasından bildiriblər.

TASS informasiya agentliyi xəbər verir ki, postlarında qalanlar arasında maliyyə naziri Flip Xammond, xarici işlər naziri Boris Conson, müdafiə naziri Maykl Fellon, daxili işlər naziri Ember Radd, Brexit məsələləri üzrə nazir Devid Devis var/Azərtac.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən ümumi seçkilərdə Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında 318 yer əldə edərək parlament çoxluğunu itirib. Bu nəticə Baş naziri parlamentdə 10 mandata yiyələnmiş Şimali İrlandiyanın Demokratik Yunionist Partiyasının dəstəyi ilə azlıq hökumətini formalaşdırmağa vadar edib.

Xatırladaq ki, növbədənkənar parlament seçkilərində mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli partiyası 35, qalan digər partiyalar 23 mandat qazanıblar. Bir dairədə səsvermənin nəticələri hələ açıqlanmayıb.