XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 09:55

Ağ Ev:"ABŞ və Rusiya liderlərinin görüşü hələlik razılaşdırılmayıb"

ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüşə dair razılıq hələlik əldə olunmayıb.

Bu barədə Ağ Ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

“Hələ ki, belə bir qərar mövcud deyil. Prezidentin Avropa səfərinin qrafiki üzərində işlər davam etdirilir”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.

Bundan əvvəl “Bloomberg” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən Trampın yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı ilə görüşməyi planlaşdırdığını bildirib. (APA)