XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 İyun 2017 - 10:05

İranda İŞİD-in 41 üzvühəbs edilib

İyunun 7-də İranda törədilən terror aktlarından sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İran Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkənin Kermanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehran vilayətlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 41 nəfər həbs edilib. Həbs olunanların evlərində və iş yerlərində aparılan axtarışlar zamanı sənədlər, texniki cihazlar aşkarlanıb və onların İŞİD terror qruplaşmasının üzvləri olduqları müəyyən edilib. Həbs olunanlar hazırda dindirilirlər.

Məlumatda, həmçinin qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri hələ bir müddət davam edəcək(azərtac).