XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 12:13

Brüsseldə ən yüksək terror təhlükəsi elan edildi – Metro qapadıldı

Belçikanın paytaxtında terror təhlükəsinin ən yüksək – dördüncü səviyyəsi elan edilib, metro bağlanıb və bütün kütləvi tədbirlər ləğv olunub. Bu barədə Brüsselin burqomisteri İvan Mayer məlumat verib.

Azərtac xəbər verir ki, Brüsselin STIB nəqliyyat kompaniyası metro stansiyalarının bağlandığını təsdiqləyib, həmçinin tramvayların yer altından keçən marşrutlarında da gecikmələr ola biləcəyini bildirib.

Belçika federal polisi paytaxtda təhlükə səviyyəsinin artırılması səbəblərini şərh etməsə də, ümumilikdə ölkədə terrorun üçüncü səviyyəsinin saxlandığını deyib.

Son həftə ərzində Brüsseldə 30-dan çox antiterror reydi həyata keçirilib və 22 nəfər saxlanılıb. Onlardan 5-i həbs olunub, qalanları isə dindirildikdən sonra sərbəst buraxılıb.

Polis Paris terror aktlarında əli olanların, əsasən də hücumda iştirak edən yaraqlılardan biri Brahim Abdessalamın qardaşı Səlah Abdessalamın axtarışlarını davam etdirir. Onların hər ikisi Brüsselin şimal kommunası Molenbekdə yaşayırdı.

Xatırladaq ki, noyabrın 13-də Parisdə koordinasiya olunmuş silsilə terror aktları törədilib. Son məlumata görə, 130 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. Bu, Fransada ən qanlı terror aktı kimi tarixə düşüb.