XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 İyun 2017 - 11:43

Pakistan Qətərdən LNG idxalınıdavam etdirəcək

İslamabad rəhbərliyi Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) idxalına davam ediləcəyini açıqlayıb.

Azərtac xəbər verir ki, Pakistanın neft və təbii sərvətlər naziri Şahid Xaqani Abbas ölkəsinin Qətər ilə keçən il imzaladığı və 2031-ci ilə qədər etibarlılığı olan 1 milyard dollarlıq LNG idxalı üzrə müqaviləyə sadiq qalacağını ifadə edib. O, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Qətərə hər hansı bir məhdudiyyət tətbiq olunmadığı üçün tərəflərin müqaviləyə sadiq qalmaqla borclu olduğunu söyləyib.

Qeyd edək ki, Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhran davam edir. İlk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər. Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar.