XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 12:16

Məhkəmə Braziliya prezidentinə qarşıittihamı rədd edib

Braziliyanın Ali Məhkəməsi ölkə prezidenti Mişel Temerə qarşı irəli sürülən korrupsiya üzrə ittihamı rədd edib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, onu sabiq prezident Dilma Rusefin seçkiqabağı kampaniyasını qanunsuz yolla maliyyələşdirməkdə ittiham edirdilər. Hakimlər 4 günlük müzakirədən sonra dörd səs lehinə, üç səs əleyhinə olmaqla, ittihamın rədd edilməsinə səs veriblər. İyun ayının əvvəllərində Braziliya prezidenti polisdən 84 sual alıb. Ali məhkəmə, həmçinin ona bu sualları cavablandırmamaq hüququ da verib.

Korrupsiya qalmaqalı fonunda Temerin reytinqi birrəqəmli göstəricilərə qədər aşağı düşüb. Bir qədər əvvəl bu işlə əlaqədar prezidentin keçmiş köməkçisi də saxlanılıb.

Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Dilma Rusef korrupsiya qalmaqalına görə istefaya gedib.