XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2015 - 13:37

Putin: «İnsanlığa sığmayan cinayətdir»

Rusiya prezidenti Vladimir Putin ötən gün Malinin paytaxtı Bamakodakı «Radisson Blu» otelində törədilən terror aktını insanlığa sığmayan cinayət adlandırıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin malili həmkarına teleqram vuraraq başsağlığı verib.  
Rusiya prezidenti bildirib ki, Malidəki hadisələr terrorun sərhəd tanımadığını bir daha təsdiqləmiş oldu: «Terror bütün dünya üçün təhlükədir və dünyanın müxtəlif nöqtələrində insanlar onun qurbanı olur». 

Qeyd edək ki, ölənlər arasında 6 Rusiya vətəndaşının olduğu bildirilir. 

170 nəfərin girov götürüldüyü Mali teraktında rəsmi məlumatlara görə 19, qeyri-rəsmi bilgilərə görə isə 27 nəfər həyatını itirib.