Rusiya prezidenti Vladimir Putin məşhur ABŞ rejissoru Oliver Stouna verdiyi müsahibədə nəvələrinin olduğunu deyib.
Strateq.az bildirir ki, Putin ilk dəfə bu müsahibədə baba olduğunu etiraf edib. Stoun Putindən “nəvələrini çox sevirsinizmi?” deyə soruşub: “Putin dedi ki, bəli. Amma etiraf elədi ki, onlarla çox oynamaq üçün kifayət qədər vaxtı olmur”,-deyə CNN müsahibəyə istinadən xəbər verib.