Rusiya Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatlarında istifadə etdiyi hərbi təyyarələrin sayını 69-a çatdırıb.
Rusiya prezidenti Vladimir Putin bu qərarını İŞİD-ə qarşı hücumları “yetərsiz” aldandırdıqdan sonra verib. Rusiya hərbi donanması bildirib ki, Xəzər dənizindəki mövqelərdən İŞİD hədəfləri 4 gündür uzun məsafədən vurulur.
Cümə günü 18 belə atış zamanı İŞİD-in Raqqa, İdlib və Hələbdə yeddi düşərgəsi məhv edilib. İŞİD üçün strateji önəm daşıyan Deyr ez-Zor şəhərindəki mövqelər də hücumun hədəfində olub. Bu şəhərdə zəngin neft yataqlarının olduğu bildirilir.
ABŞ Mərkəz Komandanlığının sözçüsü Patrik Ryder deyib ki, Rusiya hücumlarında İŞİD ilə yanaşı, “yumşaq müxalifət”i də hədəfləyir.
Sözçü bunu narahatedici bir vəziyyət adlandırıb. Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi Bəşər Əsəd rejimini dəstəkləməkdir.
Suriyada hökumət əleyhinə etirazlar 4 ildir davam edərək dalana girən vətəndaş müharibəsilə nəticələnib. Əsəd hökuməti, İslam Dövləti qruplaşması, çoxsaylı Suriya üsyançıları və kürd döyüşçüləri müxtəlif ərazilərə nəzarət edirlər.