XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 İyun 2017 - 14:28

İranda toqquşma- 22 nəfər həlak olub

İranın cənub-qərbindəki Xuzistan əyalətində qəbilələrarası toqquşma nəticəsində azı 22 nəfər həlak olub.

Trend-in məlumatına görə, iki qəbilə arasında məişət mübahisəsi silahlı münaqişəyə çevrilib.

Hadisə nəticəsində onlarla sakin yaralanıb.

Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb. Sakinlər yaşayış yerlərindən didərgin düşüblər.