XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 16:13

ABŞ-ın aviasiya zərbəsi azı 3 əfqan polisininhəyatına son qoyub

Əfqanıstanda ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbəsi nəticəsində azı 3 nəfər yerli polis əməkdaşı həyatını itirib, 2 nəfər isə yaralanıb.

Azərtac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, Kabil şəhərindəki ABŞ komandanlığının məlumatına əsasən, hava zərbələri Əfqanıstanın cənubundakı Hilmənd əyalətində keçirilən əməliyyat çərçivəsində endirilib.

Əfqanıstan və ABŞ-ın hökumət orqanları insidentin təhqiqatına başlayıb.

Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.