XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2017 - 16:48

Kipr üzrə növbəti beynəlxalq konfransıntarixi açıqlanıb

Kipr üzrə növbəti beynəlxalq konfrans iyunun 28-də keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

O qeyd edib ki, danışıqların yeni mərhələsi BMT baş katibinin himayəsi altında keçiriləcək. Danışıqlarda Kipr prezidenti Nikos Anastasiadis və Şimali Kipr Türk

Respublikasının lideri Mustafa Akıncı, həmçinin müşahidəçi qismində Avropa İttifaqının nümayəndəsi iştirak edəcək.

Təminatçı ölkələr qismində yenə Böyük Britaniya, Yunanıstan və Türkiyə çıxış edəcək.