XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2017 - 17:14

Niger də səfirini Qətərdəngeri çağırdı

Niger hökuməti səfirini Qətərdən geri çağırdığını bəyan edib.

Trend-in məlumatına görə, Niger bu qərarını Qətərlə diplomatik münasibətləri dayandırmış ərəb ölkələri ilə həmrəylik olması ilə izah edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.