XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 18:08

Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstanenergetika nazirləri görüşüb

Bu gün Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihi və Qazaxıstanın energetika naziri Kanat Kozumbayev arasında görüş keçirilib.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər neft bazarındakı hazırkı vəziyyəti müzakirə ediblər.

Görüşdə nazirlər həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında hasilatın azaldılması ilə bağlı razılaşmanın yerinə yetirilməsi üçün öhdəliklərini təsdiqləyiblər.

Rusiyanın energetika naziri jurnalistlərə bildirib ki, tərəflər bazarın tənzimlənməsi üçün birgə işləyəcək.