XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2017 - 19:18

“Əş-Şabab” terrorçularının hücumu:59 nəfər öldürülüb

"Əş-Şabab" terror qruplaşmasının Somalinin şimal-qərbindəki Af Urur şəhərinə hücumu nəticəsində 59 nəfər öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" hərbçilərə istinadən xəbər verib.

Ölkənin hərbi qüvvələrinin nümayəndələrinin sözlərinə görə, hücum zamanı 40-a yaxın şəxs xəsarət alıb. "Biz 59 nəfərin, o cümlədən 6 qadının öldürüldüyünü təsdiqləyirik. 38 nəfər xəsarət alıb" – deyə mayor Məhəmməd Abdi bildirib.

Qeyd edək ki, ilkin məlumatda 38 nəfərin öldürüldüyü, 18 nəfərin xəsarət aldığı bildirilirdi. Terrorçular isə 60-dan çox Somali hərbçisinin öldürdüklərini bildiriblər.

Somalinin hərbi qüvvələri sonradan şəhərə nəzarəti ələ alıb.