XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2017 - 20:34

İranda qanlı toqquşma –22 nəfər həlak olub

Ötən gecə İranın Huzistan vilayətinin Ramhörmüz diyarında qanlı toqquşma baş verib. 

"Sputnik Azərbaycan" xarici KİV-ə istinadla xəbər verir ki, icmalar arasında baş vermiş bu qanlı toqquşmalarda azı 22 nəfər həlak olub. 

Yerli hakimiyyət orqanları silahların istifadə olunduğu toqquşmada 22 nəfərin həlak olduğunu etiraf edib.

 "Təəssüflə bildiririk ki, ötən gecə toqquşmalar zamanı müasir ordu silahlarından istifadə olunub və 22 nəfər ölüb" – deyə, yerli hakimiyyətinin nümayəndəsi Hedayətollah Xadəmi ((Hedayatollah Khademi)) bildirib. 

Hatəmi insidentin icmalar arasındakı köhnə ədavətdən qaynaqlandığını bildirib.