XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 21:11

Çində leysan yağışları:ölənlər var

Çində üç gündür davam edən leysan yağışları 6 nəfərin ölümünə, 3 nəfərin itkin düşməsinə səbəb olub.

Xubey vilayətində fırtına ilə müşayiət olunan güclü yağışlar nəticəsində sel və torpaq sürüşmələri meydana gəlib, 171 ev dağılıb, 649 nəfər təxliyə edilib.

Çunçin bələdiyyəsində 1300 nəfər evlərin dağılmasına görə təxliyə olunub.

Ciansu vilayətinin inzibati mərkəzi olan Nankin şəhərində 245 millimetr yağış yağıb ki, bu da son 66 ilin rekord göstəricisidir. Şiddətli yağışlara görə şəhər aeroportundan 120 uçuş təxirə salınıb. Şəhərdə ən yüksək səviyyədə xəbərdarlıq elan edilib.