XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 21:55

İraqda İŞİD-in hücumu nəticəsində30 nəfər ölüb

İŞİD yaraqlıları Mosuldan 100 kilometr cənubda yerləşən Şirkət şəhərinə hücum edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.

Məlumata görə, hücum nəticəsində 30 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Ölənlər arasında hərbçilər və dinc sakinlərin olduğu bildirilir.

İraqın silahlı qüvvələri hücumu dəf etməyə müvəffəq olublar, onlarla yaraqlı məhv edilib.