XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 Noyabr 2015 - 07:35

Nyu-Yorkdan Ankaraya uçan təyyarə qəfil eniş etdi – Bomba xəbərdarlığı

“Turkish Airlines” aviaşirkətinə məxsus təyyarə Kanadada qəfil  eniş edib.

Strateq.az xarici mətbuata istinadən verir ki, Nyu-York-Ankara reysi ilə uçan və Kanadanın Halifaks şəhərindəki hava limanına eniş edən təyyarədə bomba olduğu ilə bağlı məlumat daxil olub.

İçərisində 256 sərnişinin olduğu təyyarə uğurlu eniş edib. Sərnişinlər dərhal təxliyyə olunub. Hazırda təyyarədə axtarış aparılır.

Qeyd edək ki, son günlər müxtəlif aviaşirkətlərə məxsus təyyarələr bomba xəbərdarlığından sonra təcili eniş etməli olur.