XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 Noyabr 2015 - 07:56

Prezident: «Onları məhv edəcəyik»

«İŞİD sıralarında 500-ə yaxın çeçen döyüşür və onların 200-ü artıq zərərsizləşdirilib».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri çeçenistan prezidenti Ramzan Kadırov Rusiya telekanalına açıqlamasında deyib.

Kadırov İŞİD üçün döyüşən çeçenləri məhv edəcəklərinə söz verib: «Onlardan 50-si əməlindən peşmançılıq keçirdiyini bəyan edərək öz ölkəsinə qayıdıb. Artıq öz evlərindədilər və çeçenistanın xüsusi xidmət orqanlarına yaxından kömək edirlər».

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, İŞİD sıralarında 25 min əcnəbi döyüşür. 
Rusiyadan Suriyaya 2719 Rusiya vətəndaşının getdiyi, onlardan 160-nın öldürüldüyü, 36-nın həbs olunduğu, 73-nün ölkəsinə geri qayıtdığı bildirilir.