“Merkelin siyasi nağıl dünyası çoxdan sona çatıb, qarşıda onu çətin sınaq gözləyir”.
Strateq.az Axar.az-a xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” jurnalı yazıb.
Jurnal qeyd edir ki, Avropanın, hətta dünyanın ən güclü siyasətçilərindən biri hesab edilən Almaniya kansleri Angela Merkel nüfuzunu itirmək üzrədir:
“Merkelin münaqişələrin həllini dondurmaq, problemlərin həllini təxirə salmaq kimi yürütdüyü siyasət miqrasiya böhranın böyüdüyü bir zamanda yersizdir. Onun əsas fəallığı zamanla başqalarının səhvlərindən nəticə çıxarmaq olub, ancaq indi onun da büdrədiyi bir zaman gəldi. Hazırda elə bir dönüş nöqtəsindədir ki, milyonlarla miqrantla bağlı nəsə etməlidir, yox əgər onun heç bir planı yoxdursa, situasiya onun əleyhinə çevrilə, ölkədə yeni seçkilər keçirilə və bu, istefasına gətirib çıxara bilər. Onsuz da Merkel 2017-ci il seçkilərinə kanslerlik postunu çoxdan elan edib, amma bu xeyli əvvəl necə deyərlər, “açıq qapı” siyasəti idi”.