XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 10:07

Fransadakı parlament seçkilərində prezident Makronun partiyası qalib gəlib –Nəticələr

Fransa prezidenti Emmanuel Makronun mərkəzçi partiyası parlament seçkilərinin ilk mərhələsində qalib gəlib.

Proqnozlar göstərir ki, prezidentin “La Republique en Marche” (Hərəkətdə olan Respublika) partiyası və Demokratik Hərəkat 577 üzvlük parlamentdə 445 yeri qazana bilər. Seçkilərin yekun nəticəsi bazar günü müəyyənləşəcək.

Makronun partiyası yalnız bir il əvvəl yaradılıb. Partiya namizədlərinin bəzilərinin heç bir siyasi təcrübəsi yoxdur. Bütün bülletenlər hesablandıqdan sonra məlum olub ki, “La Republique en Marche” (Hərəkətdə olan Respublika) partiyası və Demokratik Hərəkat 32,3 faiz səs qazanıb.

Mərkəzçi-sağçı Respublikaçılar cəmi 16 faiz səs qazanıblar. Fransanın əvvəlki hakim partiyası Sosialistlər isə səslərin yalnız 7,4 faizini toplaya biliblər. İfrat-sağçı Milli Cəbhə partiyası səslərin 13,2 faizini, ifrat solçu "Yenilməz Fransa" partiyası isə 11 faizini toplaya bilib.

Amma seçki fəallığı kəskin aşağı olub. 2012-ci ildə keçirilən seçkilərin ilk mərhələsində fəallıq 57,2 faiz olub, lakin bu ilki seçkilərdə bu rəqəm 48,7-dir. Marine Le Pen partiyasının uğursuz nəticə göstərməsinə görə aşağı fəallığı ittiham edib. O deyib ki, "daha böyük partiyalara kömək edən Fransa seçki sistemində islahatlara ehtiyac var".

Almaniya Kansleri Angela Merkel isə cənab Makronu partiyasının "böyük uğuruna görə" təbrik edib. (BBC)