XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 İyun 2017 - 10:15

Səudiyyə Ərəbistanında təhlükəsizlik xidmətinə hücum edilib –Ölən və yaralananlar var

 

Səudiyyə Ərəbistanının şərqində Əl-Katif əyalətində naməlum silahlılar təhlükəsizlik xidmətinin patruluna hücum edib.

APA-nın məlumatına görə, bu barədə “Əl-Arabiya” telekanalı xəbər verib.

İnsident nəticəsində təhlükəsizlik xidmətinin bir zabiti həlak olub, daha ikisi yaralanıb.

Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi faktı təsdiqləyib. İlkin məlumata əsasən, patrul avtomobilinə partlayıcı qurğu atılıb.