Medvedyev ABŞ-a “məsuliyyətsiz” dedi – Bəşər Əsədi müdafiə etdi

Rusiyanın baş naziri Dmitri Medvedyev ABŞ-ın apardığı siyasəti “məsuliyyətsiz” adlandırıb. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, prezident Barak Obamanın Suriya konfliktində Rusiyanın rolu haqda söylədiyi tənqidi sözləri şərh edərkən bildirib.
“İŞİD-in güclənməsi həm də ABŞ-ın məsuliyyətsiz siyasəti nəticəsində mümkün olub. Amerika və müttəfiqləri terrorizmlə mübarizədə səyləri birləşdirmək əvəzinə, Suriyanın qanuni seçilmiş prezidenti ilə mübarizəyə girişib” – deyib Medvedyev.
Onun sözlərinə görə, “Yaxın Şərq ölkələrində ağıllı siyasət” ABŞ da daxil, bütün dövlətlər üçün Suriyanın bütövlüyümü təmin eləməyə qadir legitim hakimiyyəti müdafiədən ibarət olmalıdır, nəinki situasiyanı laxlatmaqdan.
Musavat.com