XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 12:26

Həbsxanadan 1000-ə yaxın məhbus qaçdı –Səkkiz keşikçi öldürülüdü

Konqonun şərqində Uqanda ilə sərhəddə, Şimali Kivu əyalətinin Beni şəhərində yerləşən cəza müəssisəsində iyunun 12-də dustaqların keşikçilərə hücumu nəticəsində 930 məhbus qaçıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarından bildirilib. Məhbusların hücumu nəticəsində həbsxananın 8 keşikçisi ölüb. Onlar keşikçilərin üzərinə ağır silahla hücum ediblər. Həbsxanadakı hücumun arxasında dayanan qüvvə hələlik məlum deyil.

Keşikçilərə hücum edənlər arasında son illər yerli mülki vətəndaşların kütləvi qətlində iştirak edənlər də var.

Hakimiyyətin şəhərdə və onun ətrafında komendant saatı tətbiq etdiyi barədə də məlumat yayılıb.