XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 12:45

 Rusiyada on minlərlə vətəndaş etiraz aksiyasına çıxdı –“Antikorrupsiya” nümayişləri bütün ölkəni bürüyüb

Rusiyanın müxalifət lideri Aleksey Navalnının tərəfdarları bu gün Moskvada korrupsiyaya qarşı icazəsiz etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Strateq.az bildirir ki, artıq bütün Rusiya boyu etiraz aksiyaları başlanıb və on minlərlə insan mitinqlərə qoşulub.

Moskvada Navalnıya əvvəlcə başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları "təhqir etmək üçün" təyin etdiyi yeri dəyişmək qərarına gəlib. Baş prokurorluq polisin icazəsiz aksiyalara qarşı tədbirlər görəcəyini bildirib. Navalnının bundan əvvəl – mart ayında təşkil etdiyi etiraz aksiyaları yüzlərlə insanın həbsilə nəticələnib.

Bu etirazlar 2012-ci ildən indiyədək keçirilən ən iri aksiyalar idi və yeniyetmələr daxil olmaqla minlərlə iştirakçını cəlb etmişdi. Etirazların səbəbi cənab Navalnının Baş nazir Dmitri Medvedev barədə dərc etdiyi korrupsiya iddiaları idi.