XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2015 - 05:26

Səlahəddin Dəmirtaşı maşının şüşəsi xilas edib?

thumb_90_68_demirtas.jpg

 

Türkiyənin kürd əsilli siyasi lideri Səlahəddin Dəmirtaşa qarşı sui-qəsd cəhdi olub.

Strateq.az xəbər verir ki, bu məlumatı PKK-ya yaxın xəbər portalları yayıb.

HDP lideri mətbuata açıqlamasında bu faktı təsdiqləyib. Bildirdiyinə görə, hadisə Diyarbəkirdə baş verib: “Maşınımızın arxa şüşəsinə tam başımı nişan alaraq atılan mərmi izi aşkarladıq”.

Maraqlıdır ki, Dəmirtaş və mühafizəçiləri hücum əsnasında güllə səsi eşitməyiblər. Onlar sadəcə mənzil başında maşından düşərkən arxa pəncərənin mərmi keçirməz şüşəsində güllə iziylə qarşılaşıblar.

Hüquq mühafizə orqanları bu barədə rəsmi açıqlama verməsələr də, bir sıra ekspertlər sui-qəsd xəbərinin şov ola biləcəyini istisna etmirlər.