XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2017 - 18:12

Melania Tramp Ağ Evə köçür:”Yeni evimizdə yaranacaq xatirələrimiz üçün səbirsizlənirəm”

 

Melania Tramp Ağ Evə köçəcəyini Tvitter hesabından rəsmi olaraq bildirib.

“Ağ Ev bundan sonra birinci ledi olmadan fəaliyyət göstərməyəcək. Yeni evimizdə yaranacaq xatirələrimiz üçün səbirsizlənirəm” – Melania Tramp yazıb. Keçən beş ay ərzində Melania Ağ Evdə çox qısa müddətliyinə qalıb, birinci ledi vəzifələrini də məhz Vaşinqtona qısa səfərlərində edə bilib. Melanianın birinci ledi kimi ən çox göründüyü məqam isə Trampın xaricə səfəri zamanı olub. O, Nyu-Yorkda oğlu Barronun məktəbi qurtarmasına qədər qalacağını demişdi.

Melania Trampın ictimaiyyətlə əlaqələr üzrə direktoru Stefan Qrişam bildirib ki, birinci ledi paytaxt sakini olmağa hazırdır.

“Birinci ledi həyatının yeni dönəmindən məmnundur və Ağ Evdə keçirəcəyi illər üçün darıxır” – direktor bildirib.

Həyat necə dəyişəcək?

Melania nə qədər Nyu-Yorkda ictimaiyətdən uzaq yaşasa da, Ağ Evdə belə olmayacaq. Ağ Evdə yaşayacaq birinci ledi Ağ Evin işçiləri, mətbuat və ictimaiyyətin daima diqqət mərkəzində olacaq. “Gizlilik nə qədər arzuolunan olsa da, Ağ Evdə bu çətin olacaq.

CNN-nin analitiki Conatan Uokrou bildirib ki, prezident də daxil olmaqla birinci ailə yeni həyatlarının ritminə uyğunlaşmalıdır. Bununla belə, ailə özünə aid olan mühit də yaratmalıdır.

Məsələn, eks-prezident Obama ailənin Ağ Evdə olmasının üstünlüklərindən danışarkən qeyd etmişdi ki, bu sayədə ailəsi ilə birlikdə nahar edə bilib, sonra gecəyə qədər işləyib. Həmçinin Obama cütlüyü birlikdə səhərlər idmanla da məşğul olublar.

Melania üçün real iş bundan sonra başlayır.

Birinci ledi ən əsas qadın və uşaq məsələləri ilə bağlı işlərin vacibliyini vurğulasa da, təşəbbüslər platforması hazırlanmaqdadır. CNN-nin əməkdaşı Keyt Andersonun dediyinə görə, Mişel Obamanın hərəkətə keçməsi bir il vaxtını aldı. Obama üçün ilk aylar çətin keçib. Melania üçün bu proses necə olacaq, məlum deyil.

İndiyə kimi Melania Vaşinqtonda uşaq hospitalları və bir sıra məktəbləri ziyarət edib. O, Ağ Evdə ilk ziyafətini verib və orada çıxış edib. Çıxışında Melania qadın qəhrəmanlardan bəhs edib. Daha sonra o, keçən həftə Donald Trampla birlikdə Ford teatrının qala gecəsində çıxış edib. Gözlənilir ki, Melania Tramp öz heyətini, ictimaiyyətlə əlaqələr şöbəsinə üzvləri seçsin, platformalar və tədbirlər planlasın. Birinci xanım işi maaşlı deyil.

İndi maraq doğuran onun necə birinci xanım olacağıdır.