XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2015 - 04:41

Netanyahu İranla sazişi pozmaq istəyir

“Vaxtımız var ki, daha sərfəli saziş əldə edək”

Картинки по запросу netanyahu

İsrail baş naziri Benyamin Netanyahu bildirib ki, İranın “altılıq”la nüvə proqramı üzrə saziş bağlamasına yol verməyəcək.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, o, Amerika telekanallarına verdiyi müsahibədə deyib: “Bu, təkcə İsrailin problemi deyil. Bu, dünyanın problemidir, çünki zəmanəmizin ən təhlükləli, atom bombası istehsal etmək üçün infrastrukturu qalmış terrorçu dövlətlərdən biri hamını təhdid edəcək”.

O, qeyd edib: “Bizim hələ vaxtımız var ki, İrana təzyiq göstərib onun nüvə proqramını dayandırmaqla daha sərfəli saziş əldə edək“.

Netanyahu əmin edib ki, sazişi pozmağa çalışmır: “Mən yalnız pis sazişi pozmağa cəhd edirəm”.