Rusiyada müxalifətin keçirdiyi bu günkü etiraz aksiyasının 1000 nəfər qədər iştirakçısı saxlanılıb.
Bu rbarədə “Dojd TV” məlumat yayıb. Razılaşdırılmamış aksiya iştirakçıları korrupsiya əleyhinə etiraz ediblər. Moskvada 600 , Peterburqda isə 300 nəfər həbs olunub.
Moskva meri Sergey Sobyanin Moskvada baş verənləri şərh etməkdən imtina edib.
Polis aksiyanın təşkilatıçısı Navalnıyı, PARNAS-ın sabiq sədr müavini İlya Yaşini, siyasətçi Maltsevi və digər fəal Mark Qalperini saxlayıb.
Strateq.az