XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2017 - 19:42

Kraliçanın Britaniya parlamentində çıxışı təxirə salınıb

Britaniya kraliçasının çıxışı etdiyi parlamentin rəsmi açılış mərasimi mühafizəkarların seçkilərdə uğursuz iştirakından sonra partiyadaxili mübahisələrin kəskinləşməsi səbəbindən Baş nazir Tereza Meyin təşəbbüsü ilə təxirə salınıb.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvünün sözlərinə görə, kraliçanın əvvəlcə iyunun 19-a təyin olunmuş çıxışı bundan bir neçə gün sonra baş tutacaq.

Xatırladaq ki, iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar İcmalar palatısındakı heyətlə müqayisədə 12 yer az – cəmi 318 mandat əldə edə biliblər. Onların tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.