XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 08:41

ABŞ-da camaata açılan atəş nəticəsində 16 nəfər xəsarət alıb

 

abs ates.jpg

ABŞ-da, Yeni Orlean şəhərindəki parkda atışma nəticəsində azı 16 nəfər xəsarət alıb.

Strateq.az bildirir bu barədə polis açıqlama verib.

Polisin sözçüsü Tayler Gambl bildirib ki, parkda atışma başlayan zaman polislər izdihamı dağıtmaq üçün yolda olub.

“Təcili yardım xidməti 10 nəfəri hospitala aparıb, digərləri isə şəxsi maşınlarla gedib” –deyə, polis əlavə edib. Atışmaya nəyin səbəb olduğu və ya yaralıların vəziyyəti barədə ətraflı məlumat yoxdur.

 Gambl deyib ki, parkda iki qrup olub. Biri keçirilən paradda iştirak edib, digəri isə ya tamaşa edib, ya da hazırlanan videoda iştirak edib.

Şahidlər yerli TV kanalına bildirib ki, parkda təxminən 500 nəfər olub və iki silahlı şəxs izdihama atəş açmağa başlayıb.