XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 20:31

Ukraynada “Georgi lenti”nə qadağa qoyuldu

 

İyunun 12-də Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə Georgi lentlərinin qadağan olunmasını nəzərdə tutan qanunu imzalayıb.

Novator.az-ın məlumatına görə, dövlət başçısı özünün Facebook səhifəsində bu haqda belə yazıb: “Georgi lenti İkinci Dünya müharibəsinin simvolu yox, Rusiyanın Ukraynaya qarşı 2014-cü ildən başlayan təcavüzünün simvoludur. Məhz Rusiya öz siyasəti ilə bu lenti qanundankənar vəziyyətdə qoyub”.

Prezidentin imzası ilə qüvvəyə minən qanun Georgi lentindən istifadə, onun daşınması və nümayişinə görə 100 dollaradək cərimə nəzərdə tutur.

Bu əməllərin il ərzində təkrarən törədilməsi, həmçinin Georgi lentinin hazırlanması və yayılmasına görə 190 dollaradək cərimə və ya 15 sutka inzibati həbs cəzası kəsilir.

Sənəd 1941-1945-ci illər müharibəsində üzərində Georgi lenti olan orden və medallar almış şəxslərə şamil olunmur.

Georgi lenti 1768-1774-cü illərin rus-türk müharibəsi zamanı, 1969-cü ilə təsis olunub. Rusiya imperiyasının əsas simvollarından biri sayılır.