XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 20:33

Rusiya DİN:“Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb”

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.

 “İnterfaks” agentliyinin məlumatına görə, bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

 Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb.  Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

 Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.