XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2015 - 09:08

Arktikaya hərbi obyekt tikməyə göndərilən yüzlərlə rusiyalı pulsuz, yeməksiz qalıb – Qalmaqal

 

arktika.jpg

Rusiyadan Arktikaya hərbi obyektin  tikilməsi üçün göndərilən yüzlərlə insan pulsuz, yeməksiz qalıb və geriyə qayıtmaq imkanı yoxdur.

Strateq.az “Novaya qazeta”ya istinadən bildirir ki, Rusiyanın bu regionda hərbi iştirakını genişləndirmək üçün həyata keçirdiyi bu genişmiqyaslı layihə ətrafında qalmaqal yaranıb.

Materikdə qalmış şəxslərin qohumlarının sözlərinə görə, mülki mütəxəssislər antisanitariya şəraitində yaşamağa məcburdurlar. Bir sıra obyektlərdə müxtəlif icarəçilərin briqadaları arasında toqquşma baş verib. Tərəflər bir-birini büdcədən ayrılmış milyardlara rublu səmərəsiz xərcləməkdə ittiham edir.