XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 İyun 2017 - 18:22

Misir iki mübahisəli adanı Səudiyyə Ərəbistanına verdi –Qərar parlamentin müvafiq komitəsində təsdiqləndi

Misir Parlamentinin Konstitusiya və qanunvericilik işləri üzrə komitəsi Qırmızı dənizdə iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə qərarı təsdiq edib.

Təsdiq edilən qərara əsasən, Tiran və Sənafir adalarının Ər-Riyada verilməsi nəzərdə tutulur.

Bundan sonrakı mərhələdə həmin məsələ Parlamentin ümumi iclasında səsverməyə çıxarılacaq.

Qeyd edək ki, bu məsələ ilə bağlı Misirlə Səudiyyə Ərəbistanı arasında dəniz sərhədinin demarkasiyası barədə saziş ötən il imzalanıb.

Adaların tarixi mənşəyinə gəlincə, Tiran və Sənafir mübahisəli adalardır/Trend.